BDU-da “Elmin izi ilə – Budaq Budaqov” adlı tədbir

11/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə görkəmli alim, akademik Budaq Budaqovun xatirəsinə həsr olunmuş “Elmin izi ilə – Budaq Budaqov” adlı tədbir keçirilib.

27 mart – Azərbaycan Respublikasında “Elm günü” və Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş silsilə tədbirlər planı çərçivəsində təşkil olunan tədbirin məqsədi görkəmli alimin zəngin elmi irsini gənc nəslə tanıtmaq və tələbələr arasında elmə marağı artırmaqdır.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov görkəmli alim Budaq Budaqovun zəngin elmi fəaliyyəti və dəyərli tədqiqatları ilə Azərbaycanda coğrafiya elminin inkişafına mühüm töhfələr verdiyini qeyd edib. Uzun illər AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna rəhbərlik etmiş Budaq Budaqovun geomorfologiya, ekologiya, landşaftşünaslıq, toponimika, əhali coğrafiyası, Xəzərin problemləri və digər tədqiqat sahələrində əldə etdiyi elmi nailiyyətlər bu gün də aktuallığını qoruyub saxlayır və gənc tədqiqatçılar üçün mühüm elmi mənbə hesab olunur. Görkəmli alimin əsas elmi nailiyyətləri Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim buzlaşmanın aşkara çıxarılması ilə sıx bağlıdır. Akademikin rəhbərliyi və yaxından iştirakı ilə respublikada səhralaşma proseslərinin elmi əsasları araşdırılıb, landşaftın geokimyasına dair problemlər tədqiq olunub. Belə alimlərin həyat yolu və fəaliyyəti gənc nəsil üçün nümunədir və onların irsinin yaşadılması böyük əhəmiyyət daşıyır.

Sonra fakültənin dosentləri Şəkər Məmmədova və Rəna Umudova, baş müəllim Qabil Səmədov və digərləri çıxış edərək Budaq Budaqovun elmi fəaliyyəti və yüksək insani keyfiyyətlərindən danışıblar. Çıxış edənlər onunla bağlı xatirələrini iştirakçılarla bölüşərək akademikin tələbələrə və gənc alimlərə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar.

Sonda görkəmli alim haqqında videoçarx nümayiş etdirilib, tələbələr arasında onun həyatı və elmi fəaliyyəti ilə bağlı bilik yarışı keçirilib.

Xəbərlər

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
17/04/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
17/04/2026