BDU-da elmi-praktik konfrans: “Ulu Öndər Heydər Əliyev və tarixi həqiqətlər”

10/05/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Badamdar qəsəbəsi, Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümümmilli Liderin və torpaqlarımızın azadlığı uğurunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Badamdar qəsəbəsi, Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Sədaqət Əzimova bildirib ki, bu il 100 illik yubileyini qürurla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyət olmaqla yanaşı, tarix yazan və mühüm tarixi həqiqətlərin müəllifi olan fenomenal bir şəxsiyyətdir. O qeyd edib ki, Ümummilli Lider 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosu, anarxiyası, vətəndaş müharibəsindən xilas edib. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilib: “Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri addımlar atıb. Ümummilli Liderin ideyalarını hər zaman yaşatmaq, gənc nəslə təbliğ etmək hər birimizin ali məqsədidir. Xoşbəxt xalqıq ki, Ulu Öndərin ideyaları bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Nigar Bəylərova, Abbasağa Dərbəndli, Badamdar bələdiyyəsinin sədr müavinləri Xədicə Həsənova və Rauf Mayılov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin rifahındakı tarixi xidmətlərindən bəhs ediblər.

Sonra BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev şəxsiyyəti: milli-mənəvi dəyərlərimizin təəssübkeşi və təminatçısı”, dosent Rasim Süleymanov “Görkəmli dövlət və ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyev haqqında” mövzularında məruzə ediblər.
Tədbir şagirdlərin hazırladığı bədii hissə ilə davam etdirilib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024