BDU-da elmi-praktik tədbir: “Şərq xalqlarının mədəniyyətində ailə dəyərləri”

21/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Şərq xalqlarının mədəniyyətində ailə dəyərləri” mövzusunda elmi-praktik tədbir keçirilib.

Tədbirdə müxtəlif Şərq xalqlarının ailə modeli, ailə münasibətləri və ailə institutunun cəmiyyətdəki rolu müzakirə olunub. Fakültənin tələbələri ərəb, fars, İsrail, Pakistan, yapon, türk və Azərbaycan mədəniyyətlərinə dair təqdimatlarla çıxış edərək bu xalqlarda ailə dəyərlərinin mahiyyəti və özünəməxsus xüsusiyyətləri barədə maraqlı fikirlər səsləndiriblər.

Çıxışlarda ailənin hər bir xalqın mənəvi dayağı kimi mühüm rol oynadığı, milli kimliyin qorunmasında və nəsillərarası bağların möhkəmlənməsində əhəmiyyətli funksiyaya malik olduğu qeyd olunub.

Tədbirin sonunda fakültənin dekanı Aydan Xəndan tələbələrin mövzuya marağını yüksək qiymətləndirib və bu istiqamətdə elmi fəaliyyətin gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə inandığını bildirib. Elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə isə tələbələrin elmi fəaliyyətində bu cür tədbirlərin əhəmiyyətini, bunun onların bilik və praktiki bacarıqlarının inkişafına töhfə verdiyini vurğulayıb.

 

 

 

 

Xəbərlər

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq
03/07/2026

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
03/07/2026

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
03/07/2026