BDU-da elmi-tədqiqat işlərində ədəbiyyat icmalının hazırlanması üsulları araşdırılıb

21/12/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Elmi-tədqiqat işlərində ədəbiyyat icmalının hazırlanması üsulları” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin doktorantı Aysel Həsənova mövzu ilə bağlı məruzə edib.
Məruzədə elmi-tədqiqat işlərinin strukturu, məntiqi ardıcıllığı, sistemliliyi, məlumatın təhlili və analizi kimi məsələlər izah edilib, tədqiqat mövzusunun və istiqamətlərinin müəyyənləşdirilməsi, problemin qoyuluşu, eyni zamanda ədəbiyyat siyahısının və ədəbiyyat icmalının hazırlanması şərh olunub.  Elmi-tədqiqat işlərində ilkin mənbələrin, həmçinin ikinci və üçüncü dərəcəli tədqiqat mənbələrinin spesifik xüsusiyyətləri diqqətə çatdırılıb.
Tədqiqat işlərində ədəbiyyat icmalının hazırlanması üsulları barədə məlumat verən doktorant bildirib ki, araşdırmada tədqiqat sualının qoyuluşu, məlumatın toplanması və təhlili problemləri, həmçinin tədqiqatın tərtibi qaydaları kompleks şəkildə öyrənilib. Elmi-tədqiqat işlərində ədəbiyyat icmalına müəyyən mövzu üzrə cari biliklərin təhlili və izahını əhatə edən xülasə kimi yanaşılıb. Məruzəçi ədəbiyyat axtarışının metodları, tədqiqatın planlaşdırılması və vaxtın səmərəli idarə edilməsi kimi mühüm istiqamətlərdə tətbiq edilən texnoloji yenilikləri də şərh edib, biblioqrafik informasiyanın menecmenti və logistikası sistemlərinin mexanizmləri haqqında icmal xarakterli məlumat verib.  
Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026