BDU-da “Elsevier” ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

13/08/2025

Bakı Dövlət Universitetində (BDU) beynəlxalq elmi nəşriyyat və akademik məlumat bazaları sahəsində dünyanın aparıcı platformalarından biri olan “Elsevier” şirkətinin nümayəndəsi Yasemin Solay ilə işgüzar görüş keçirilib.

Görüşdə BDU-nun rektoru Elçin Babayev, rektorun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, keyfiyyət təminatı üzrə müşavir Asiman İlyasov və rektorun katibliyinin rəhbəri Mahir Pirquliyev iştirak ediblər.

Tərəflər görüş zamanı Universitetin elmi fəaliyyətinin beynəlxalq arenada tanıdılması, tədqiqat nəticələrinin nüfuzlu akademik bazalara inteqrasiyası, elmi məhsuldarlığın artırılması və müasir idarəetmə alətlərinin tətbiqi üzrə geniş əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Müzakirələr çərçivəsində BDU-da elmi fəaliyyətin səmərəli idarə olunmasını təmin edəcək elektron platformaların tətbiqi, elmi jurnalların beynəlxalq indekslərdə yer alması, tədqiqatçılar üçün beynəlxalq standartlara uyğun elmi məqalə yazılması üzrə təlimlərin təşkili, SciVal və digər analitik platformalar üzrə praktiki təlimlərin keçirilməsi kimi mövzulara xüsusi diqqət yetirilib. Bununla yanaşı, Universitetin elmi nəşrlərinin və tədqiqat nəticələrinin daha geniş beynəlxalq auditoriyaya çatdırılması yolları da müzakirə olunub.

BDU rəhbərliyi görüşdə vurğulayıb ki, “Elsevier” ilə əməkdaşlıq Universitetin beynəlxalq elmi reytinqlərdə mövqeyinin möhkəmlənməsinə, tədqiqatların dünya akademik ictimaiyyətinə çatdırılmasına və Universitetdə müasir elmi mühitin inkişafına mühüm töhfə verəcək. Həmçinin, tərəflər bu əməkdaşlığın gənc tədqiqatçılar üçün yeni imkanlar yaradacağını və BDU-nun elmi fəaliyyətində innovativ yanaşmaların tətbiqinə dəstək olacağını bildiriblər.

Görüşün sonunda tərəflər əməkdaşlığın konkret addımlarını müəyyənləşdirmək və gələcək layihələri planlaşdırmaq üzrə qarşılıqlı razılığa gəliblər.

 

Xəbərlər

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib
15/01/2026

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş 51 gənc hüquqşünasın 38-i BDU məzunudur

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş 51 gənc hüquqşünasın 38-i BDU məzunudur
15/01/2026

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026