BDU-da “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri ilə görüş

19/02/2024

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları ilə “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə “Elsevier” şirkətinin Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə tədqiqat meneceri Ayhan Akanay Saracoğlu, “Informascope” şirkətinin icraçı direktoru Kıvanç Çınar iştirak ediblər.

Xarici nümayəndələr BDU əməkdaşlarına təmsil etdikləri şirkətlər və onların fəaliyyət istiqamətlərinə dair detallı məlumat verib, “Scopus” və “SciVal” məlumat bazaları vasitəsi ilə BDU-nun tədqiqat performansına dair təqdimat ediblər. Daha sonra isə BDU ilə “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri arasında  mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026