BDU-da energi problemlərinə dair elmi tədqiqatlar aparılır

14/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Fiziki elektronika kafedrasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində enerji problemlərinə həsr olunmuş elmi seminar keçirilib.

Kafedranın dosenti Şahin Ələkbərov “Müasir dünyada enerji problemi, klassik və bərpa olunan enerji mənbələri, enerjinin akkumulyasiyası və çevrilməsi” mövzusunda məruzə edib. O bildirib ki, ənənəvi və bərpa olunan enerji mənbələri sahələrində enerji istehsalı problemləri ciddi maraq kəsb edir. Bu istiqamətdə aparılan tədqiqatların əsas məqsədi enerjinin akkumulyasiyası, saxlanılması, çevrilməsi və enerji tələb olunan qurğulara ötürülməsi kimi məsələlərin həll edilməsidir. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fakültə alimləri tərəfindən bu problemə diqqətin ayrılmasını zəruri edir.

Daha sonra məruzəçi müxtəlif enerji mənbələrinin elmi və praktik məqsədlərlə müxtəlif sahələrdə tətbiqi haqqında ətraflı məlumat verib. Müxtəlif enerji mənbələrinin ekologiya, təlükəsizlik və iqtisadi səmərəlilik baxımından müqayisəli təhlilini təqdim edib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026