BDU-da erməni dilinə dair təlim keçirilib

21/10/2024

“BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Filologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə erməni dilinə dair təlim keçirilib.

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi qeyd edib ki, erməni dilini bilmək erməni tarixini və ədəbiyyatını orijinal dildə oxumağa, mənbələrini araşdırmağa, ermənilərin Azərbaycana qarşı əsassız iddialarına elmi şəkildə cavab verməyə kömək edir. Bu dili bilmək eyni zamanda informasiya müharibəsində daha üstün mövqeyə sahib olmağa, yarana biləcək töhlükələri qabaqcadan təhlil etməyə imkan yaradır.

Daha sonra İsmayıl Tanrıverdi erməni dilinin tarixi və morfoloji quruluşu haqqında tələbələrə məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
20/11/2026