BDU-da Firudin bəy Köçərlinin 150 illik yubileyi qeyd edilib - VİDEO

25/11/2013

Bu gün Bakı Dövlət Universitetində görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib. Konfransı açan universitetin rektoru, akademik Abel Məhərrəmov Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında prezident İlham Əliyevin 14 fevral 2013-cü il tarixli sərəncamından danışıb.  Sonra görkəmli alim haqqında ətraflı məlum verib. Bildirib ki, 1863-cü ildə Şuşada dünyaya gələn Firudin bəy Köçərli Şuşadakı rus məktəbini və Qori Zaqafqaziya Müəllimlər Seminariyasını bitirib. Bir müddət İrəvan Gimnaziyasında dərs dedikdən sonra Qori Seminariyasının Azərbaycan şöbəsində çalışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Qori Seminariyasının Azərbaycan bölməsinin bütün sənədlərini ölkəmizə gətirib və elə həmin ilin payızında Qazax Müəllimlər Seminariyasını təşkil edib. Bu seminariya sonradan Azərbaycanda yeni ziyalılar nəslinin yetişməsində böyük rol oynayıb. F.Köçərli 1920-ci ildə bolşeviklər tərəfindən siyasi ittihamlarla qətlə yetirilsə də, onun yaradıcılığı və əməlləri Azərbaycan elminin, maarifinin və təhsilinin yaddaşında əbədi iz salıb.

Rektor deyib ki, Firudin Köçərlinin yaradıcılığı üç əsas istiqaməti əhətə edib. Belə ki, o, Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında böyük əmək sərf edib, ədəbiyyatımızın tarixi və müasir məsələləri ilə bağlı tədqiqatlar aparıb, Azərbaycanda milli təhsilin formalaşmasında əvəzsiz xidmət göstərib, milli dövlətçiliyin yaranmasında, dövlətin mənəvi dayağını təşkil edən azərbaycançılıq ideologiyasının formalaşmasında birbaşa iştirak edib.

«Firudin bəy Köçərli» filmi nümayiş etdirildikdən sonra «Firudin bəy Köçərli: alim və maarifçi kimi» adlı məruzə ilə Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev çıxış edib. Daha sonra filologiya fakültəsinin professorları- Tofiq Hacıyev, Tofiq Hüseynov, jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev çıxış edib.

Çıxışlardan sonra konfrans öz işin başlayıb. İki gün davam edəcək konfrans «Firudin bəy Köçərli», «Ədəbiyyatşünasılq», «Dilçilik» və «Tarix» bölmələrində davam etdirilib.

Qeyd edək ki, görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materiallarından ibarət xüsusi nəşr hazırlanıb.

Mətbuat və informasiya şöbəsi, 25 noyabr 2013-cü il.

Xəbərlər

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir
30/12/2025

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
30/12/2025

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb
30/12/2025