BDU-da Fizika dərslərində saxlanma qanunlarının metodikasına dair elmi seminar

25/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Fizika dərslərində saxlanma qanunları və simmetriya haqqında təsəvvürlərin formalaşdırılması” mövzusunda elmi seminar keçirilib.

Seminarda Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri Rəhim Rəhimov mövzu ilə bağlı məruzə edib. O bildirib ki, şagirdlərdə dünyanın fiziki mənzərəsi haqqında tam təsəvvürlərin formalaşdırılması üçün simmetriya pirinsiplərinə uyğun olaraq saxlanma qanunlarının çıxarılmasının mümkünlüyünü izah etmək lazımdır. Məruzəçi Fizika dərslərində simmetriya anlayışının tətbiqini öyrənərkən riayət edilməli olan metodiki qaydaları sadalayıb. Qeyd edib ki, fizika qanunlarına münasibətdə simmetriya həmin qanunların bu və ya digər çevirmələrə nəzərən dəyişməzliyini ifadə edir. Simmetriya fiziki obyekt və hadisələrin quruluşunda qərarlaşma, nizamlılıq, tamlıq, gözəllik və məqsədəuyğunluq deməkdir. Simmetriya və asimmetriya bir yerdə vəhdət təşkil edir, dialektik qarşılıqlı təsirdə olur. Fiziki hadisələrin gözəlliyi və harmoniyası həmişə simmetriya ilə deyil, daha çox simmetriya və asimmetriyanın dialektik birləşməsi ilə müəyyən olunur.

Seminarda nəzərə çatdırılıb ki, orta məktəblərdə simmetriya prinsiplərinin şagirdlər tərəfindən öyrənilməsi onlara fiziki biliyin formalaşmasında mövcud olan ardıcıllığın mənasını və incəliyini başa düşməyə imkan verir. Bu isə öz növbəsində şagirdlərin şüurunda dünyanın fiziki mənzərəsinin formalaşmasına kömək edir.

Seminarın sonunda mövzu ilə bağlı məruzəçiyə suallar ünvanlanıb.

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025