BDU-da “Fizika fənni üzrə ixtisas mətnləri üzərində işləmə üsulları” mövzusunda ustad dərsi

04/04/2022

Bakı Dövlət Uiversitetinin Filologiya fakültəsində Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Gültəkin Qarabağlı “Fizika fənni üzrə ixtisas mətnləri üzərində işləmə üsulları” mövzusunda ustad dərsi keçib.

Tədbirdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Məruzəçi bildirib ki, tələbələrin gələcəkdə öz sahələrinə dərindən yiyələnmələri üçün onların ixtisas fənlərinə aid kitab, dərslik və elmi ədəbiyyatları təkcə ana dilində deyil, həm də xarici dillərdə oxuyub-anlamaları vacibdir. Məruzəçi rus dili dərslərində fizika fənni üzrə ixtisas mətnləri üzərində işləmə üsullarının tətbiqinə dair nümunələr gətirib və qeyd edib ki, mətnlərin mövzusundan asılı olaraq onların tərkibində olan terminoloji vahidlərin həmin konstruksiyaların daxilində işlədilməsi müvafiq nitq bloklarının yaradılmasına şərait yaradır. Beləliklə, tələbələrə rus dilində olan ixtisas fənni üzrə elmi ədəbiyyatları anlamaq və bu sahədə müstəqil fikirlər söyləmək bacarığı aşılanır.

Sonra məruzə ətrafında çıxışlar edilib. Çıxışlarda mövzunun əhəmiyyəti diqqətə çatdırılıb və qeyd olunub ki, məruzəçinin təklifləri digər təbiət fakültələrində keçirilən rus dili dərslərində istifadə oluna bilər.

Xəbərlər

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş
16/06/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib
16/06/2026

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
16/06/2026