BDU-da Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri üçün infotur

18/04/2025

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin nəzdində Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri üçün infotur keçirilib.

Əvvəlcə şagirdlər BDU-nun Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyası ilə tanış olublar. Bildirilib ki, ən son texnologiyalar əsasında və müasir üslubda hazırlanan hər iki məkanda Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlar və məlumatlar həm real, həm də digital şəkildə ziyarətçilərə nümayiş etdirilir.

Daha sonra şagirdlər “Təkamül təlimi” muzeyi və Universitetin unikal layihəsi olan “EKO Məkan”da olublar. Onlara BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurlarından söz açılıb.

Sonda şagirdlər BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə tanış olublar.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026