BDU-da “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans keçiriləcək

14/12/2021

2021-ci ilin 15-17 dekabr tarixlərində Bakı Dövlət Universiteti, Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstiutu, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsi, Macarıstanın Szeged Universiteti və Romanın La Sapienza Universitetinin birgə təşkilatçılığı ilə “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans keçiriləcəkdir. (http://mtp2021.bsu.edu.az/)

Konfransın keçirilməsində məqsəd fizika və əlaqəli elm sahələrində yeni prioritet istiqamətləri aşkara çıxarmaq, innovativ və tətbiqi xarakterli istiqamətləri müəyyənləşdirmək, beynəlxalq səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.

Üç gün davam edəcək konfransda Azərbaycandan, həmçinin Türkiyə, Rusiya, İtaliya, Macarıstan, ABŞ, Pakistan, Özbəkistan, Ukrayna, Çin, Gürcüstan və Belçikadan olan tanınmış alimlər məruzələrlə çıxış edəcək. Konfrans materialları tanınmış Web of Science bazasına daxil ediləcəkdir. Konfransın məruzəçiləri sırasında AMEA əməkdaşları da vardır. Konfransda Nəzəri və yüksək enerjilər fizikası, Biofizika, Kodensə olunmuş hal fizikası, Materialşünaslıq və maddə mühəndisliyi, Kosmos elmləri və astrofizika istiqamətləri üzrə məruzələr təqdim olunacaq.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026