BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilib

04/09/2024

Sentyabrın 2-4-də Bakı Dövlət Universitetində (BDU) BDU, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-uzvi Kimya İnstitutu, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Geologiya və Geofizika İnstitutu, Neft və Qaz İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Zoologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, İqtisadiyyat İnstitutu və İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun doktoranturasına qəbul üzrə “Fəlsəfə” fənnindən qəbul imtahanları keçirilib.

Qəbul imtahanı BDU-nun professor-müəllimlərindən ibarət İmtahan Komissiyası tərəfindən şifahi formada aparılıb. İmtahanda BDU üzrə 181, Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin elmi-tədqiqat institutlarından isə 172 iddiaçı iştirak edib.  İmtahan Komissiyasının yekun rəyi əsasında Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin elmi-tədqiqat institutlarının doktoranturasına qəbul olunmaq üçün 106, BDU üzrə isə 129 iddiaçıya müvafiq ixtisas fənni üzrə imtahanlarda iştirak hüququ verilib.

Bu il “Əməliyyatlar tədqiqi”, “Ehtimal nəzəriyyəsi”, “Topologiya”, “Neft kimyası”, “Petrologiya, vulkanologiya”, “Xəritəşünaslıq, geoinformatika”, “Aqrokimya”, “Materiallar texnologiyası”, “Türk xalqları ədəbiyyatı”, “Dinin tarixi və fəlsəfəsi” və “Korreksiya pedaqogikası” kimi ixtisaslara da qəbul həyata keçiriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” əsasında Elm və Təhsil Nazirliyi tərəfindən BDU-ya 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 134 (53 əyani və 81 qiyabi olmaqla), dissertanturaya isə 39 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə doktoranturaya 21 (2 əyani və 19 qiyabi olmaqla), dissertanturaya isə 12 yer ayrılıb.

Yazılı formada təşkil olunacaq ixtisas fənni üzrə imtahanların sentyabrın 9-da keçirilməsi nəzərdə tutulub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024