BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

21/08/2025

2025-ci ilin 2-4 sentyabr tarixlərində Bakı Dövlət Universiteti (BDU), Elm və Təhsil Nazirliyinin (ETN) Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-uzvi Kimya İnstitutu, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Geologiya və Geofizika İnstitutu, Neft və Qaz İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Zoologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamış və beynəlxalq dil sertifikatı təsdiqlənmiş iddiaçılar üçün “Fəlsəfə” fənnindən imtahanlar BDU-nun 2 nömrəli tədris binasının 305 və 309 nömrəli auditoriyalarında keçiriləcək.
Ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

http://md.bsu.edu.az/az/announcement/165

Qeyd: İddiaçılardan imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etmələri tələb olunur.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026