BDU-da “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnal çap olunub

01/11/2017

Bakı Dövlət Universiteti  Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalın ilk nömrəsi çapdan çıxıb. Jurnalda folklorşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik və  etnoqrafiya sahələri üzrə məqalələr dərc olunub. Həm Azərbaycan, həm də  müxtəlif  xalqların folklor nümunələrinin tədqiqinə həsr olunmuş məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində, onların xülasələri isə yazıldığı dildən başqa, iki dildə verilmişdir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən müstəqil Azərbaycan Respublikasının mədəniyyət siyasətində folklor materiallarının tədqiqi, tədrisi və təbliği məsələləri xüsusi yer tutur. 2002-ci ildə Milli Məclisdə "Folklor haqqında Qanun"un qəbul edilməsi və Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənməsi Azərbaycan dövlətinin folklor mədəniyyətinə diqqət və qayğısının əyani təzahürüdür. Filologiya fakültəsi  “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının nəzdində “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalı çap edilməsi fikri də dövlətimizin bu istiqamətdə fəaliyyətinə dəstək vermək düşüncəsindən irəli gəlmişdir.

Folklorşünaslıq sahəsində çalışan mütəxəssislərin, gənc alimlərin, tədqiqatçıların elmi tədqiqatlarını, nailiyyətlərini bir araya gətirmək, mərkəzləşdirmək  və işıqlandırmaq  baxımından jurnalın önəmli rol oynayacağına, Azərbaycan xalqının folklor nümunələrinin digər türkdilli xalqların nümunələri ilə müqayisəli şəkildə araşdırılmasına yeni bir yön verəcəyinə inanır, bu işdə əməyi olan hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Mətbuat və informasiya şöbəsi, 1 noyabr 2017-ci il.


Xəbərlər

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir
06/01/2026