BDU-da “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsi keçirilib

21/05/2020

Mayın 21-də Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru Azər Əliyev BDU-nun tələbələri üçün “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsini keçib.

İştirakçıları salamlayan BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev dünyanın bir sıra ölkələrində sürətlə yayılmaqda davam edən koronavirus (Covid-19) pandemiyasının ehtimal olunan təhlükələrinin qarşısının alınması üçün bütün dünyada, eləcə də ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb.

“Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsini verən professor Azər Əliyev fors major anlayışının mahiyyəti, Azərbaycan Respublikası Mülki Məcəlləsində fors-major hallarının hüquqi tənzimlənməsi, Alman hüquq sistemi, konstitusiya məhkəməsinin bu sahədəki fəaliyyəti, Koronavirus fors-major halı hesab oluna bilərmi, Covid-19 şəraitində fors-major vəziyyət, fors-major şərtləri ilə bağlı ətraflı məlumat verib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərsi 100-ə yaxın iştirakçı dinləyib.

Qarşılıqlı diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026