BDU-da Füzuli rayonun işğaldan azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilib

18/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Füzuli rayonun işğaldan azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Filologiya fakültəsi TGT sədr müavini Elnurə Ağasəfzadə çıxış edərək 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən bəhs edərək, Füzuli rayonunun işğaldan azad olunmasında şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın şücaətindən danışıb. Elnurə Ağasəfzadə həmçinin, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Füzuli şəhərində həyata keçirilən quruculuq işləri, inşa olunan hava limanı və bir sıra infrastruktur layihələri haqqında məlumat verib.

Daha sonra çıxış edənlər: Filologiya fakültəsi birinci kurs tələbələri - Ülviyyə Orucova, Aydan Rüstəmzadə, Fatimə  Nağızadə, Fəridə Süleymanova 30 il ərzində erməni qəsbkarlarının Füzulidə törətdikləri vəhşiliklər, mədəni və dini abidələrə vurulan maddi və mənəvi ziyan barəsində tədbir iştirakçılarına məlumat verib, Füzuli rayonun qədim tarixi, coğrafi vəziyyəti və iqtisadi potensialı barədə danışıblar.

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026