BDU-da “Gender bərabərliyi” adlı yeni dərs vəsaiti çap edilib

12/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyevin elmi redaktorluğu ilə “Gender bərabərliyi” adlı yeni dərs vəsaiti çap edilib. Kitab Hüquq fakültəsi Elmi Şurasının 20 oktyabr 2022-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi çapa tövsiyə olunub.

Dərs vəsaitinin müəllifləri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəsinin sədr müavini Elgün Səfərov və BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərovadır. Kitabın baş redaktoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, rəyçisi isə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovdur.

Altı fəsildən ibarət olan dərs vəsaitində gender bərabərliyi anlayışı və yaranma tarixi, cinsi ayrı-seçkiliyin yaranması və onunla mübarizə üsulları, beynəlxalq müqavilələrə və milli qanunvericiliyə əsasən gender bərabərliyinin təmin edilməsi, dövlət qulluğunda gender bərabərliyi prinsipinin tətbiqi, iqlim dəyişikliyinin gender bərabərliyinin təmin edilməsinə təsiri ilə bağlı məsələlər öz əksini tapıb.

Kitab tələbələr, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026