BDU-da genetik tədqiqatlar üzrə beynəlxalq əməkdaşlıq genişlənir

21/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyevin həmmüəllifi olduğu “Bir gendə modul variasiya mozaikası konvergent lələklərin rənglənməsinin əsasını təşkil edir” (“A mosaic of modular variation at a single gene underpins convergent plumage coloration”) adlı məqalə “Web of Science” və “Scopus” bazalarında Q1 kvartilli jurnallar siyahısına daxil olan (IF: 45.8) “Science” jurnalında dərc olunub.

Məqalədə çaxraqcıl (Oenanthe) quşlarının lələk rəngindəki dəyişikliklərin genetik mexanizmləri tədqiq olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, bu dəyişikliklər tək bir genin — ASIP (agouti signaling protein) geninin təsiri ilə baş verir. Müəyyən olunub ki, bu genə inteqrasiya yolu ilə növlər arasında genetik məlumat ötürülməsi nəticəsində yeni genetik material daxil olub.

Məqalədə həmçinin bu genetik variasiyaların yalnız rəng fərqlərini deyil, eyni zamanda fərqli qidalanma davranışlarını da formalaşdıra biləcəyi irəli sürülür. Beləliklə, tədqiqat nəticələri bir genin müxtəlif növlərdə oxşar fenotipik əlamətlərə səbəb ola bilməsini və bunun konvergent təkamülün parlaq nümunəsi olduğunu göstərir.

Qeyd edək ki, tədqiqatda 20-yə yaxın ölkədən (Çin, Fransa, Almaniya, İsveçrə, İtaliya, İspaniya, Macarıstan, Bolqarıstan, Rumıniya, Sloveniya, İsveç, Türkiyə, Yunanıstan, Qazaxıstan, Finlandiya, Kipr və s.) olan 48 tanınmış tədqiqatçı iştirak edib.

https://www.science.org/doi/10.1126/science.ado8005

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026