BDU-da “Geologiyanın aktual problemləri” mövzusunda konfrans

08/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Geologiyanın aktual problemləri” mövzusunda konfrans keçirilib.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov geologiya elminin böyük elmi-praktik əhəmiyyət kəsb etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov BDU-nun elmi tədqiqat-təhsil mərkəzinə çevrilməsi istiqamətində görülən işlərdən danışıb, aparılan elmi layihələrə tələbələrin cəlb edilməsinin günün vacib məsələlərindən olduğuna diqqət çəkib. Vətən müharibəsində qazandığımız parlaq zəfərdən sonra işğaldan azad edilmiş rayonlarda sürətli quruculuq işlərinə başlanıldığını deyən Mais Süleymanov bu sahədə geoloq kadrlara xüsusi ehtiyac olduğunu bildirib.

Daha sonra fakültə TEC-in rəhbəri Nazim İmamverdiyev konfransın “Geoloq Günü”nə həsr olunduğunu və hər il ənənəvi olaraq aprel ayının birinci bazar gününün geoloqlar tərəfindən peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. Nazim İmamverdiyev fakültənin tələbələrinin fəallığını yüksək qiymətləndirib. Bildirib ki, BDU-nun Geologiya fakültəsinin tələbələri yerli və beynəlxalq şirkətlərdə təcrübə keçir, ekskursiyalarda olurlar.

Konfransın plenar iclasında Geologiya fakültəsinin IV kurs tələbəsi Səmayə Həsənova “Filizçay kolçedan-polimetal yatağının geoloji-struktur səciyyəsi və filizəmələgəlmə prosesi (Balakən-Zaqatala filiz rayonu)”, I kurs magistrantı Şahin Məstanov “Talış zonasının Eosen vulkanizminin inkişafı”, IV kurs tələbəsi Rəhimxanım Novruzova “Abşeron yarımadasının müasir hidrogeoekoloji şəraitinə texnogenezin təsirinin qiymətləndirilməsi”, II kurs magistrantı Elfaq Məmmədov isə “Zəlzələnin hazırlanma dövrünü əks etdirən müasir modellərin xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Konfransın birinci bölməsində 30, ikinci bölməsində isə 25 iştirakçı məruzə ilə çıxış edib. Konfransın işində fəal iştirak edən tələbələr təşəkkürnamə ilə təltif olunublar.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026