BDU-da “Gələcək üçün bacarıqlar” layihəsi barədə infossessiya

06/03/2025

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin “Gələcək üçün bacarıqlar” layihəsinin IV “Tusi” inkubasiya proqramı ilə bağlı infosessiya keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov belə layihələrin gənclərin karyera inkişafında önəmli rol oynadığını bildirib.

İnnovasiyalar Mərkəzi direktorunun müşaviri Ləman Əhmədova IV “Tusi” inkubasiya proqramının istiqamətləri, qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahələrinə yönləndirilməsidir. IV “Tusi” inkubasiya proqramı tələbələrə peşəkar dəstək, təlimlər və geniş mentor şəbəkəsi təqdim edir.

Daha sonra proqram haqqında videoçarx təqdim edilib, tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026