BDU-da “Gələcəyin alimləri” mövzusunda tələbələrin Respublika elmi konfransı keçirilib

03/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gələcəyin alimləri” mövzusunda tələbələrin VI Respublika elmi konfransı keçirilib. 2015-ci ildən başlayaraq keçirilən konfransın əsas məqsədi tələbələri elmi araşdırmalara təşviq etməkdir.

Konfransın moderatoru Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Arif Orucov daxil olmuş məruzələr və bölmə iclasları barədə məlumat verib.

Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev konfransın təşkili, tədqiqat mövzularının seçilməsi və digər məsələlərlə bağlı fikirlərini bildirib və belə konfransların keçirilməsində müasir yanaşmaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. Ümumilikdə 97 iştirakçının qatıldığı konfransın  plenar iclasında Fizika fakültəsinin 4-cü kurs tələbəsi Hüseyn Məmmədov “Neylon və strukturlaşdırılmış silikon əsasında triboelektrik generatorlar”, 3-cü kurs tələbəsi Aytac Suleymanlı “Atomic orbitals of oxygen atom” (Oksigen atomunun atom orbitalları) və  2-ci kurs tələbəsi Əli Məmmədov “Zəif elektrik siqnallarının xarakterinin və dəyişmə qanunlarının öyrənilməsi” mövzularında məruzələrlə çıxış ediblər.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026