BDU-da gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi konfransı öz işinə başlayıb

29/04/2011

Bu gün Bakı Dövlət Universitetində Gənc alimlərin və tədqiqatçıların müasir biologiyanın nəzəri və tətbiqi problemləri mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransın plenar iclasını açan rektor, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və müstəqilliyimizin 20 illiyi ərəfəsində respublikada müxtəlif tədbirlər keçirildiyindən danışan rektor bu konfransın da həmin istiqamətdə atılan addımlardan biri olduğunu vurğulayıb.

Beynəlxalq konfransların elmin inkişafına xüsusi töhfələr verdiyini deyən rektorun sözlərindən məlum olub ki, konfransa Rusiya, Türkiyə, İran, Polşa, Çexoslovakiya və digər ölkələrdən materiallar təqdim edilib. BDU-nun 34 beynəlxalq proqram və qrant üzərində işlədiyini deyən rektor bununla təkcə Azərbaycanın neftinə deyil, həm də elminə investisiya qoyulduğunu diqqətə çatdırıb.

Abel Məhərrəmov, eyni zamanda, son illərdə Biologiya fakültəsinin maddi-texniki bazasının gücləndirilməsindən, müasir avadanlıqlarla təmin edilmiş laboratoriyaların fəaliyyətindən da danışaraq konfransın işinə uğurlar arzulayıb.

Sonra Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev «Müasir biologiyanın son nailiyyətləri» adlı məruzə ilə çıxış edib. Professor konfransın işini «Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya», «Onurğalılar və onurğasızlar zoologiyası», «İnsan və heyvan fiziologiyası və genetika», «Ekologiya, botanika, mikrobiologiya və torpaqşünaslıq» adlı bölmələrdə davam etdirəcəyini, ümumilikdə 103 məruzənin dinləniləcəyini bildirib.

Mətbuat və informasiya şöbəsi, 29 aprel 2011-ci il.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026