BDU-da "Gənc istedadlar” liseyinə qəbul imtahanı keçirilib

25/08/2020

 

Avqustun 25-də Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinə 5-ci sinif üzrə 2020/2021-ci tədris ili üçün qəbul imtahanı keçirilib. Liseydə təhsil almaq üçün 555 şagird test üsulu ilə imtahan verib.

İmtahan prosesi müvafiq qaydalara uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan suallarından 25-i tədris dili (Azərbaycan dili və ya rus dili), 25-i riyaziyyat, 10-u isə məntiq üzrə suallardan ibarət olub. Nəticələr sentyabrın 1-dək elan olunacaq.

Xüsusi karantin rejiminin tələblərinə əsasən şagirdlərin yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına buraxılış rejimi növbə ilə, sosial məsafəni gözləməklə təşkil edilib. İmtahan binasına daxil olan şagirdlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin edilib.




 

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026