BDU-da “Gənc Liderlər” Forumu keçirilib

02/12/2024

Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi və tərəfdaşlığı, Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) dəstəyi, "Sosial Məsələlərin Həllinə Kömək” və “Sosial İnkişafa Yardım” İctimai birliklərinin təşkilatçılığı ilə “Gənc Liderlər" Forumu keçirilib.
Forumun tərəfdaşları arasında “Gənclər İnkişaf Naminə" İctimai Birliyi, Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP), BDU-nun Tələbə Gənclər Təşkilatı (TGT) da yer alıb.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Forumun gənclərin liderlik bacarıqlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynadığını deyib, Gənclər Fondu ilə həyata keçirilən müştərək layihələrdən bəhs edib. Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə, NAYORA-nın baş katibi Nərminə Hüseynova və “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli çıxışlarında tədbirin əsas məqsədinin gənclərin sosial-iqtisadi, ictimai-siyasi, təhsil, məşğulluq, sağlamlıq və digər sahələrdə üzləşdikləri problemlərin mütəxəssislərlə müzakirə olunması və onların həllində gənclərin iştirakçılığının təmin edilməsi olduğunu deyiblər.

Daha sonra gənc liderlər – moda dizayneri Aynur Xəlilova, fəlsəfə doktoru Sakit Səmədov, psixoloq Vəfa Əsədova, təlimçi Orxan Şahbaz liderlik bacarıqlarının formalaşdırılması yolları ilə bağlı təcrübələrini bölüşüblər.

Forum gənclərin suallarının cavablandırılması ilə davam edib.

Xəbərlər

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib
10/07/2025

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası
10/07/2025

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
09/07/2025