BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçiriləcək

30/08/2024

Sentyabrın 9-da Bakı Dövlət Universitetində (BDU) Gənclər Fondunun maliyyə dəstəyi və "BDU könüllüləri" təşkilatının tərəfdaşlığı ilə “Gənc proqramçılar” müsabiqəsi keçiriləcək. Üçüncü ildir keçirilən müsabiqənin əsas məqsədi gənclərin texnoloji sahəyə marağının artırılması və proqramlaşdırma təcrübələrinin qarşılaşdırılması yolu ilə sağlam rəqabətlilik mühitinin formalaşdırılmasıdır.

Beş mərhələdən ibarət müsabiqənin şərtləri aşağıdakılardır:

  • Müsabiqədə iştirak etmək üçün komanda rəhbəri ilə birgə 5 nəfər olmaqla qeydiyyatdan keçilməlidir;
  • İştirakçılar şəxsi notbuk ilə gəlməlidirlər (ən az 2 üzv). Əks halda da müsabiqədə iştirak etmək mümkündür, amma iştirakçılar uyğun 2 mərhələdə bal qazana bilməyəcəklər;
  • Komanda üzvləri yalnız məktəbli, subbakalavr və ya bakalavrlardan ibarət ola bilərlər.

Qeyd:

  • İştirakçı sayı məhduddur.
  • Komanda şəklində qeydiyyatdan keçməyənlər digər fərdi iştirakçılar ilə komanda yarada bilərlər.

Son qeydiyyat tarixi: 07.09.2024

Qeydiyyat linki: https://forms.gle/nyg8oy2TXycB4Dey7

Sualınız yaranarsa: https://linktr.ee/genc_proqramchilar

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026