BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçirilib
11/09/2024
Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə "Gənc proqramçılar" adlı proqramlaşdırma müsabiqəsi keçirilib.
Müsabiqədə ölkənin müxtəlif universitet, kollec və orta ümumtəhsil müəssisələrindən təhsilalanlar iştirak ediblər. Gənclər məntiqi, nəzəri, cəld kodlama və proqramlaşdırma bilikləri üzrə mübarizə aparıblar.
Müsabiqənin nəticələrinə əsasən, “The Compilers” komandası I, “Frack” komandası II, “Enigma” komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, medal və sertifikatlarla təltif olunublar.
Müsabiqənin keçirilməsində məqsəd gənclər arasında proqramlaşdırmaya olan marağı artırmaq, onların bu istiqamətdəki bacarıqlarını inkişaf etdirməkdir.
Xəbərlər
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
