BDU-da “Gənc tədqiqatçılara dəstək” layihəsinin icrasına başlanılıb

17/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Doktorantura və magistratura şöbəsinin təşkilatçılığı ilə “Gənc tədqiqatçılara dəstək” layihəsinin icrasına başlanılıb.

Bununla əlaqədar keçirilən tədbirdə Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov layihənin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, layihənin əsas məqsədi magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələri, eləcə də gənc tədqiqatçı müəllimləri elmi-tədqiqat işinin təşkili və aparılması sahəsində zəruri məlumatlarla tanış etmək, müvafiq bacarıqlar aşılamaqdır.

Magistratura və doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov layihə haqqında geniş məlumat verib. Sosial elmlər və psixologiya fakültəsinin dosenti Kəmalə Qəhrəmanova layihənin əhəmiyyətindən bəhs edib, praktik xarakter daşıdığını vurğulayıb.

İSSN Beynəlxalq Agentliyinin Azərbaycan üzrə əlaqələndiricisi Xəyalə Məmmədova iştirakçılara beynəlxalq elmi jurnallara müraciət və nəşr qaydaları ilə bağlı geniş məruzə edib.

Tədbirin sonunda məruzəçi verilən sualları cavablandırıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026