BDU-da Gəncə və Mingəçevir şəhərlərinin “ekoloji karkas” modeli yaradılıb

15/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində "Azərbaycanda urbanizasiyalaşmış landşaftların inkişaf dinamikasının modelləşdirilməsi və optimallaşdırılması (Gəncə və Mingəçevir şəhərlərinin timsalında)" mövzusunda elmi seminar keçirilib. Fiziki coğrafiya kafedrasının dissertantı Xumarxanım Dadaşova mövzu ilə bağlı çıxış edib.

Məruzəçi bildirib ki, mövzu Azərbaycanın Gəncə və Mingəçevir kimi əhəmiyyətli şəhərlərinin ən aktual problemlərini işıqlandırmaqla bərabər, hər iki şəhər üçün ekoloji risk zonalarının araşdırılması və təhlili məsələlərini özündə ehtiva edir. Tədqiqatda Gəncə və Mingəçevirin ekoloji problemləri və onların həlli yolları göstərilib, həmçinin həmin şəhərlər üçün “ekoloji karkas” modelləri müəyyən edilib.

Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova çıxış edərək, Gəncə və Mingəçevir şəhərləri üçün “ekoloji karkas” modelinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə dissertantın elmi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Dosentlər İmran Abdullayev, Saleh Nağıyev və Ələkbər Həsənəliyev çıxışlarında  bildiriblər ki, Gəncə və Mingəçevir şəhərlərində ciddi ekoloji problemlər var, onlardan ən mühümü isə yaşıllıqların çox az olmasıdır. Gəncə və Mingəçevir şəhərlərində optimallaşdırma işlərinin aparılması üçün yaşıllıqların salınmasının vacibliyi qeyd olunub.

Seminarın sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb, təkliflər müzakirə edilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026

BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar

BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar
05/06/2026