BDU-da “Gənclik həftəsi-3” başa çatıb

20/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Gənclik həftəsi-3” layihəsi uğurla başa çatıb.

Həftə çərçivəsində tələbələr üçün interaktiv oyunlar, psixoloji təlim sessiyası, hədiyyəli mini oyunlar, ustad rəqs dərsləri, "SDG Youth Community" Təşəbbüs Qrupu ilə birgə “İnsan yönümlü şəhərlər: Yaşıl nəqliyyat həlləri”, “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birgə “İctimai iştirak və dayanıqlı inkişaf” mövzularında maarifləndirici tədbirlər baş tutub.

Həftə ərzində fakültələr arasında voleybol turniri də keçirilib. Ekologiya və torpaqşünaslıq fakültəsinin komandası turnirin qalibi olub.

 

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026