BDU-da "Gənclik həftəsi" keçirilir

15/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Gənclik həftəsi" layihəsinə başlayıb.

Layihənin keçirilməsində əsas məqsəd əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini təbliğ etmək, tələbələrin asudə vaxtlarının səmərəli və əyləncəli təşkili və gənclərin sosial inkişafına töhfə verməkdir.

Layihənin açılış mərasimində çıxış edən TGT sədri Ələkbər Həsənov qeyd edib ki, Bakı Dövlət Universiteti bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən, dövlətçiliyin daha da möhkəmləndirilməsinə töhfələr verən, vətənpərvərlik ruhunda tərbiyə edilən yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir. TGT sədri Ələkbər Həsənov "Gənclik həftəsi"nə 200 nəfərdən çox tələbənin qoşulduğunu, layihənin sonunda aktiv iştirakı ilə fərqlənən gənclərin hədiyyə və sertifikatlarla təltif olunacağını bildirib.

Qeyd edək ki, "Gənclik həftəsi" 18 avqust 2023-cü il tarixinədək davam edəcək.

Xəbərlər

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
11/08/2026

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
11/08/2026