BDU-da Gənclər Günü münasibətilə tədbir keçirilib

01/02/2019

Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirib. BDU TGT-nin sədri İsmayıl Kərimov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim diqqət və qayğı ilə yanaşdığını, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, ölkəmizdə aparılan dövlət gənclər siyasətindən, ölkədə yaradıcı, aktiv gənclərin öz potensiallarını inkişaf etdirmələri üçün yaradılan şəraitdən, eləcə də gənclər siyasətinin Bakı Dövlət Universitetində də uğurla həyata keçirilməsindən bəhs edib.

Konfransda BDU TGT nəzdində fəaliyyət göstərən Debat Klubun komandaları "Gənclərin məşğulluq problemləri onların özlərindən asılıdır" mövzusunda debat keçiriblər. Debatın mövzusu iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələr aparılıb.

Tədbir istedadlı tələbələrin musiqili ifaları ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 01 fevral 2019-cu il.



Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026