BDU-da “Gənclər və dövlət idarəçiliyi” mövzusunda panel müzakirə

23/02/2026

“BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “Gənclər və dövlət idarəçiliyi” mövzusunda panel müzakirə keçirilib.

“BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri İsmayıl İbrahimov gənclərin dövlət idarəçiliyi və siyasi idarəetmə sistemlərində yaxından iştirakının və məhz gənc yaşlarından bu istiqamətdə məlumatlılığının artırılmasının vacib olduğunu, keçirilən panel müzakirənin də bu məqsədə xidmət etdiyini qeyd edib.

Milli Məclisin üzvü, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Naqif Həmzəyev dövlət idarəçiliyində gənclərin iştirakının institusional əsaslarından söz açıb, bunun gənclər siyasətinin milli inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bildirib. O, qanunvericilik müstəvisində gənclərin hüquq və imkanlarının genişləndirilməsinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu deyib.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP-ın daxilində gənclərin fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Qeyd edib ki, partiyanın gənclər siyasəti gənclərin təşəbbüslərinin dəstəklənməsi, onların idarəetmə proseslərinə cəlb olunması və liderlik keyfiyyətlərinin formalaşdırılmasını hədəfləyir.

Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun baş məsləhətçisi, Prezident mükafatçısı, Vətən müharibəsi iştırakçısı Coşqun Hidayətov gənclərin dövlət idarəçiliyində iştirakında vətənpərvərlik tərbiyəsinin rolundan danışıb. Gənclərin dövlətə bağlılıq ruhunda formalaşdırılması və ictimai proseslərdə aktiv mövqe sərgiləməsinin dayanıqlı inkişafın əsas şərtlərindən olduğunu vurğulayıb. O, nazirlik tərəfindən qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlər haqqında da iştirakçıları məlumatlandırıb.

Panel müzakirə interaktiv sual-cavab sessiyası ilə davam edib.

Xəbərlər

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür
02/04/2026

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”
02/04/2026

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş 

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş
02/04/2026