BDU-da “Gənclərin hüquq elminin inkişafında rolu” adlı tədbir

17/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş “Gənclərin hüquq elminin inkişafında rolu” adlı tədbir keçirilib. Tədbirdə Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Rahim Məmmədov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov çıxış edərək Hüquq fakültəsinin ölkəmizdə hüquq elminin və hüququn inkişafındakı rolu, hüquq məktəblərinin formalaşmasındakı əhəmiyyətindən bəhs ediblər. Daha sonra Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, dosent Əsmər Əliyeva, Əmək və ekologiya hüququ kafedrasının müəllimi Nərmin Həsənli Hüquq fakültəsində mövcud olan elmi məktəblərin fəaliyyətində davamlılığın və inkişafın təmin edilməsi məqsədilə gənc nəslin elmi araşdırmalara cəlb olunmasının vacibliyini vurğulayıblar.

Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, IV kurs tələbəsi Mansur Səmədov “Tələbə Hüquq Jurnalı”, orada məqalə dərc etdirməyin tələbələrə verəcəyi faydalar,  tələbələrin akademik fəaliyyətə həvəsləndirilməsi məqsədilə TEC tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026