BDU-da “Güney Azərbaycan şairi Həkim Tilimxanın leksikası” mövzusunda elmi seminar

17/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında “Güney Azərbaycan şairi Həkim Tilimxanın leksikası” adlı elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti, magistrant və doktorantları iştirak ediblər.

Mövzu ilə bağlı məruzə edən Türkologiya kafedrasının dosenti Firəngiz Kərimli ilk olaraq şairin həyatı haqqında məlumat verib, daha sonra ədibin yaradıcılıq özəlliklərindən bəhs edib.

Məruzəçi qeyd edib ki, şair Marağanın Savə məntəqəsi adlanan ərazidə 1763-1831-ci illərdə yaşayıb. Onun əsərləri Savə, Ərak, Qum, Həmədan, Qəzvin, Zəncan və digər bölgələrdə dildən-dilə dolaşıb. Lakin bu şeirlər yazıya alınmadığından şairin həyat və yaradıcılığı kifayət qədər tanınmayıb. Bununla belə, qədirşünas şəxslər tərəfindən onun əsərləri toplanıb nəşr edilib. Onun dilində əsasən, türkmənşəli sözlər işləkdir, amma bununla yanaşı, ərəb, fars sözləri də dini mövzulu əsərlərində aparıcıdır.

Sonda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, dosentlər - Afaq Məmmədova, Səbinə Ağayeva, Gülgün Əliyeva, doktorant Məleykə Mirzəli mövzu  ilə bağlı fikirlərini səsləndirib.

Çıxışlarda ilk dəfə əhatəli şəkildə elmi araşdırmaya cəlb edilmiş bu mövzunun əhəmiyyəti qeyd olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026