BDU-da görkəmli dilçi alim Yusif Seyidovun 95 illik yubileyi qeyd olunub

06/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında görkəmli dilçi alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Seyidovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva görkəmli dilçinin gələcək nəsillərə örnək ömür yolu və yaradıcılıq istiqamətləri haqqında məlumat verib. O, Yusif Seyidovun Azərbaycan dilçiliyinin aktual problemləri ilə yanaşı, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində yazdığı əsərlərinin də dəyərli elmi araşdırmalar olduğunu vurğulayıb, çoxşaxəli yaradıcılığı ilə Azərbaycanda filoloji düşüncənin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdrıb. Bildirib ki, alimin ədəbiyyatşünaslıq və ədəbi tənqid  sahəsində yazdığı əsərlərdə həm də fəlsəfi dünyagörüşü, estetik baxışları ifadə olunub.
Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Yusif Seyidovun Azərbaycan dilinin qrammatika problemlərinin araşdırılmasında, dilimizin saflığının qorunması sahəsində nəinki Azərbaycan, ümumən türkoloji dilçiliyin önəmli mənbələrindən biri olduğunu qeyd edib, ana dilimizin ali və orta məktəblərdə tədris olunmasında və kafedranın yaradılmasında mühüm xidmətlərindən söz açıb.
Sonra Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosentləri Rəhilə Quliyeva, Rəna Mahmudova və Şəlalə Abdullayeva, həmçinin mərhumun ailə üzvləri çıxış edərək, böyük ziyalının şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, Azərbaycan dilinin tədrisi sahəsindəki müstəsna xidmətlərindən, kafedra müdiri kimi 50 illik fəaliyyətindən, alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb, onunla bağlı xoş xatirələrini bölüşüblər.

 

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026