BDU-da görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib

29/04/2019

Bakı Dövlət Universitetində görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib.
Görkəmli alimin ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra BDU-nun rektoru Elçin Babayev tanınmış ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyevanın mənalı həyat yolu haqqında danışıb. Oftalmologiya elminə böyük töhfələr vermis, elmi işləri, aldığı nəticələri ilə keçmiş SSRİ miqyasında və onun hüdudlarından kənarda tanınan akademik Zərifə Əliyevanın fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb. Bildirib ki, məhsuldarlığı, peşəkarlığı, sadəliyi və səmimiyyəti ilə insanların rəğbətini qazanmış Zərifə Əliyeva həm də oftalmologiya sahəsində elmi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib, yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Həşimova Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik olaraq elmi kadrların hazırlanmasında Zərifə xanımın böyük xidmətlərinin  olduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyevanın vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, o cümlədən tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, aldığı nəticələr Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb. N.Həşimova akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzinin qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanındığını deyərək Zərifə xanımın adına layiq böyük işlər həyata keçirdiyini də diqqətə çatdırıb.
Tədbirdə Biologiya fakültəsinin 3-cü kurs tələbəsi, Zərifə Əliyeva adına təqaüdçü Məryəm Ramazanova və həmin fakültənin 2-cü kurs tələbəsi Cəvahir Hacıbabazadə çıxış edərək bildiriblər ki, hər bir azərbaycanlı gənci insanlara nur bəxş edən Zərifə xanım Əliyeva kimi savadlı, dünyagörüşlü olarsa, ölkəmiz daha böyük uğurlar qazanar.


Mətbuat və informasiya şöbəsi, 29 aprel 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

Bakı Dövlət Universitetinin rektoru xarici ölkə universitetlərinə müraciət ünvanlayıb

Bakı Dövlət Universitetinin rektoru  xarici ölkə universitetlərinə müraciət ünvanlayıb
22/10/2020

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım  Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb
21/10/2020

Bütün yollar məbədə aparır...

Bütün yollar məbədə aparır...
21/10/2020