BDU-da görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş dəyirmi masa

19/09/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş dəyirmi masa keçirilib.

Dəyirmi masada fakültə rəhbərliyi, Ərəb filologiyası kafedrasının müəllimləri və ərəb dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Fakültənin dekanı, dosent Aydan Xəndan Aida İmanquliyevanın həyat və yaradıcılığı, elmi fəaliyyəti barədə geniş məlumat verib, onunla bağlı xatirələrini bölüşüb. Alimin yüksək insani keyfiyyətlərə və humanizmə malik olduğunu vurğulayıb.

Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı isə bildirib ki, Aida İmanquliyeva  korifey şərqşünas kimi Şərqşünaslıq fakültəsinin məşhur məzunları arasında xüsusi yer tutur. O, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib.

Aida İmanquliyevanın tələbəsi, Ərəb filologiyası kafedrasının müəllimi Aytən Əlizadə görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Dosent Çinarə Mütəllimova alimin tədqiq etdiyi sahənin unikal bir sahə olduğunu, ilk dəfə məhcər ədəbiyyatının nümayəndələrinin məhz Aida İmanquliyeva vasitəsi ilə Azərbaycan elminə tanıdılmasını vurğulayıb.

Sonda şərqşünas-alimin həyat və fəaliyyəti barədə tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"
01/05/2026

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib
01/05/2026

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb
01/05/2026