BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

29/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin “Türkoloji  araşdırmalar” elmi-tədqiqat laboratoriyasında görkəmli türkoloq alim, Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Ramiz Əskərin 70 illiyinə həsr olunmuş “Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi” mövzusunda elmi seminar keçirilib.

Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov tanınmış ziyalının həyatı və fəaliyyəti haqqında geniş məlumat verib, alimin türkoloji dilçilik sahəsindəki araşdırmalarının əhəmiyyətindən söz açıb. Bildirib ki, Ramiz Əskərin ədəbi-publisistik və tərcümə yaradıcılığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, o, Əməkdar jurnalist fəxri adı, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub, həmçinin müxtəlif türk dövlətlərinin yüksək mükafatlarına layiq görülüb.

Türkologiya kafedrasının professoru Elbrus Əzizov Ramiz Əskərin yaradıcılığında ümumtürk abidələrinin, xüsusilə Mahmud Kaşğarinin “Divanü-lügat-it türk” və Yusif  Balasaqunlunun “Qutadqu bilik” əsərlərinin tədqiqi və tərcüməsindən, türkologiyaya dair müxtəlif ədəbi və elmi mənbələrin dilimizə çevrilərək azərbaycanlı oxuculara təqdim olunmasında müstəsna xidmətlərindən söz açıb. Qeyd edib ki, alimin illər öncə nəşrə hazırladığı Mahmud Kaşğarinin IV cildlik “Divanü-lügat-it türk” əsəri bu gün ölkəmizdə bütün türkoloqların stolüstü kitabıdır.

Sonra “Türkoloji  araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçiləri – Pərvin Eyvazov “Ramiz Əskər Bəkir Çobanzadə irsinin tədqiqatçısı kimi” və Ramil Bayramov “Ramiz Əskərin tərcümə yaradıcılığı” mövzusunda məruzə ilə çıxış ediblər.

Elmi seminarda Türkologiya kafedrasının dosentləri – Afaq Məmmədova, Firəngiz Kərimli, Gülgün Əliyeva, Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və Tələbə Elmi Cəmiyyətinin üzvləri Ramiz Əskərin zəngin yaradıcılığından, alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, türk dövlətləri ilə elmi-mədəni əlaqələrin inkişafındakı xidmətlərindən danışıb, tanınmış alimə yubiley təbriklərini çatdırıblar.

Sonda söz yubilyara verilib. Ramiz Əskər onun fəaliyyətinə verilən yüksək dəyərə, deyilən xoş sözlərə və səmimi diləklərə görə iştirakçılara təşəkkürünü bildirib, dövlət başçısınının və elmi ictimaiyyətin ona göstərdiyi böyük etimadı bundan sonra da doğruldacağına əminliyini bildirib.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024