BDU-da Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb

13/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb.
Bitkilərin dəyişkən və əlverişsiz şəraitlərə (abiotik və biotik) uyğunlaşdırılması üçün klassik selektiv metodlardan istifadə edilməsi ölkənin ixrac potensialını azaldır, daxili qida ehtiyaclarının qarşılanmasını çətinləşdirir. Bu da nəticə etibarilə seleksiya istiqamətində aparılan tədqiqatların aktuallığını azaldır. Bu problemlərin həlli istiqamətində qısamüddətli intensiv seleksiya texnologiyalarının tətbiq edilməsinə ehtiyac duyulur. Hazırda mövcud olan intensiv seleksiya texnologiyaları içərisində CRISPR-Cas9, TALENs technology və RNAi daha geniş tətbiq edilir. Qeyd etmək lazımdır ki, göstərilən texnologiyalar əsasında ölkəmizdə seleksiya məhsullarının alınması həyata keçirilməsinə baxmayaraq, bu metodların elmi tədqiqatlara inteqrasiyasına – kənd təsərrüfatında müasir molekulyar bioloji metodların tədqiqi və tətbiqi ilə yeni genotiplərin yaradılması istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var.
BDU-nun nəzdində bu istiqamət üzrə yeni innovativ laboratoriyanın yaradılması müasir texnologiyalar vasitəsilə orqanizmdə yeni əlamətlərin saxlanılması (genom redaktə ilə), yüksək məhsuldarlıq, molekulyar metodlarla iqlim dəyişkənliyinə dözümlülük, stress faktorlarına davamlılıq kimi əlamətləri daşıyan bitki genomlarının hazırlanmasına, bitkiçilikdə müasir biotexnoloji tətbiqlərin transferinə, qida təhlükəsizliyini təmin etmək məqsədilə yeni biotexnoloji metodların inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə uyğun olaraq biotexnologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına imkan verəcək.
ETL-in yaradılmasında Kənd Təsərrüfatı Nazirliyi, USAID, FAO, İsrailin “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi və Yerusəlim Yəhudi Universitetinin iştirak etməsi BDU-nun təhsil-elm-istehsalat istiqamətində əlaqələrinin genişlənməsinə və elmi ideyaların kommersiyalaşdırılmasına imkan verəcək.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024