BDU-da “Heydər Əliyev - Unudulmaz Lider” adlı fotoxalça sərgisinin təqdimatı keçirilib

08/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev -Unudulmaz Lider” adlı fotoxalça sərgisinin təqdimatı keçirilib.

Əvvəlcə mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, BDU-nun dünyaşöhrətli məzunu, Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik salnaməsində öyrənilməsinə hər zaman ehtiyac duyulan zəngin bir irs yaradıb. Onun tədqiqi və təbliği ölkəmizdə, onun hüdudlarından kənarda və ən əsası BDU-da daim davam etdirilir. 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində BDU-nun Tədbirlər Planı təsdiqlənib və uğurla icra olunub. BDU tərəfindən ötən il Ulu Öndərə həsr olunmuş 200-dən çox beynəlxalq, elmi, akademik, sosial tədbir və layihə həyata keçirilib, monoqrafiyalar, elmi və elmi-kütləvi məqalələr dərc olunub. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin öyrənilməsi istiqamətində işlər bu il də davam etdirilir. Əliş Ağamirzəyev keçirilən sərginin Ulu Öndərin zəngin irsinin təbliği baxımından olduqca əhəmiyyətli olduğunu bildirib.

Milli Məclisin deputatları Könül Nurullayeva, Səbinə Xasayeva çıxışlarında sərginin təşkilini yüksək qiymətləndirərək qeyd ediblər ki, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.  Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov vurğulayıb ki, sərgidə Ümummilli Liderə məxsus xüsusi fotoların əks olunduğu 44 xalça nümayiş olunur.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026