BDU-da “Heydər Əliyev İli”nə həsr edilmiş xüsusi dərs

02/06/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində xüsusi dərs təşkil edilib. Xüsusi dərsdə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kitabxana quruculuğundakı tarixi xidmətlərindən bəhs olunub. Mövzu ilə bağlı İnformasiya və sənəd menecmenti fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Zahidə Rzayeva mühazirə söyləyib. Zahidə Rzayeva bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin hər iki dövründə kitabxana işinə yüksək qiymət verib, bu sahənin inkişafı üçün mühüm addımlar atıb. O vurğulayıb ki, bu gün ölkəmizdə mövcud olan kitabxana şəbəkəsi bir sistem kimi Ümummilli Liderin Respublikamıza rəhbərliyinin birinci dövründə formalaşıb: “Ulu Öndər müstəqillik illərində də kitabxana-informasiya fəaliyyətinin inkişafına mühüm töhfələr verib, bu sahənin hüquqi bazası formalaşıb”.

Mühazirədə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya fəaliyyətinin, nəşriyyat sektorunun inkişafı üçün əməli addımlar atır, bu sahənin tərəqqisinə öz töhfələrini verir: “Bu gün ölkəmizdə kitabxana-informasiya fəaliyyəti sahəsində həyata keçirilən siyasətin qayəsini müasir dövrün çağırışlarına cavab verən kitabxana-informasiya şəbəkəsinin yaradılması, informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartların tətbiqi, kitabxana -informasiya resurslarının dünya informasiya məkanına inteqrasiyasının təmin edilməsi, elektron informasiya fondlarının formalaşdırılması, virtual kitabxanaların inkişaf etdirilməsi kimi innovativ istiqamətlər təşkil edir”.

Mühazirədə həmçinin qeyd edilib ki, hazırda kitabxana-informasiya fəaliyyəti sahəsində qarşıda duran mühüm vəzifələrdən biri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağda düşmən tərəfindən dağıdılmış kitabxana infrastrukturunun bərpasıdır.
Xüsusi dərs tələbələr tərəfindən diqqətlə dinlənilib, mühazirəçiyə suallar ünvanlanıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”
04/06/2026

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir
04/06/2026

BDU-da çöl-tədris təcrübələri başlayıb

BDU-da çöl-tədris təcrübələri başlayıb
04/06/2026