BDU-da “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin dahi qurucusudur” adlı tədbir

27/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya və Fizika fakültələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin dahi qurucusudur” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun professoru, hüquq üzrə elmlər doktoru Zahid Cəfərov bildirib ki, Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizin qorunub saxlanılmasını, ölkəmizin dünya dövlətləri arasında özünəməxsus yer tutmasını təmin edən dahi şəxsiyyətdir. Ümummilli liderin dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət-qayğıdan söhbət açıb. Vətən müharibəsində şanlı qələbəmizi təmin edən əsas şərtlərdən birinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi olduğu diqqətə çatdırılıb.
Millət vəkili Naqif Həmzəyev də Ümummilli liderin həmişə gənclərin himayədarı kimi çıxış etdiyini, onların sağlam düşüncəli, milli və vətənpərvər ruhda yetişməsində misilsiz xidmətlər göstərdiyini vurğulayıb.  
Professor Şahlar Əsgərov öz çıxışında dahi liderin xalqımızın milli və dövlətçilik maraqlarının təmin olunmasında, Azərbaycan  həqiqətlərinin  dünya ictimaiyyətinə catdırılmasında xidmətlərini xatırladıb. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardığını, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu bildirib.
Kimya və  Fizika fakültələrinin dekanları Fuad Kərimli və Bəxtiyar Paşayev isə çıxışlarında gənclərə Azərbaycanın ictimai-siyasi həyatında daha aktiv iştirak etməyi, Heydər Əliyev ideyalarına sadiq, bilikli və bacarıqlı vətəndaşlar olmağı tövsiyə ediblər.

 

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024