BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş

04/12/2024

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının üzvü, Elm və Təhsil Nazirliyinin (ETN)  Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla görüş keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbiri giriş sözü ilə açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyib. Vurğulanıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyətin əbədiyaşar ideyalarının gənclər arasında təşviq edilməsidir. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.

BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində uğurlardan danışıb. Qeyd edib ki, həyatımızın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Aydın Kazımzadə bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfər digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran nəticəsidir.

YAP Veteranlar Şurasının üzvü, ETN-in Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxışında Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən Misir Mərdanov vurğulayıb ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra gənclərin sualları cavablandırılıb.

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək
17/12/2025

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib
17/12/2025