BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı professor Şahlar Əsgərov olub

05/12/2024

Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı Əməkdar elm xadimi, professor Şahlar Əsgərov olub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında müstəsna xidmətlərindən danışıb. O, Ümummilli Liderin müstəqil Azərbaycanın xilaskarı və memarı kimi müqəddəs missiyasının sonrakı qələbələrimizin açarı olduğunu, Ulu Öndərin layiqli varisi, Prezident İlham Əliyevin bu missiyanı uğurla davam və inkişaf etdirdiyini vurğulayıb. O, həmçinin YAP-ın ölkə daxilində dövlətçilik ideologiyasının, vətənpərvərlik ruhunun aşılanması istiqamətində gördüyü işlər barədə də məlumat verib, gənclərə yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan bəhs edib.

Professor Şahlar Əsgərov çıxışında 1988-1992-ci illərdə Azərbaycanın keçirdiyi ağır və böhranlı dövrü xatırladıb. O, 91 nəfər ziyalı ilə birlikdə Ulu Öndər Heydər Əliyevə müraciət etdiklərini və dahi liderin xilaskarlıq missiyasını öz üzərinə götürdüyünü qeyd edib. Şahlar Əsgərov Ümummilli Liderin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasında müstəsna xidmətləri, uğurlu daxili və xarici siyasəti, sosial, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirdiyi islahatlar barədə tələbələri məlumatlandırıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Daha sonra tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU kollektivi Zəfər muzeyini ziyarət edib

BDU kollektivi Zəfər muzeyini ziyarət edib
10/11/2025

Milli qürur mənbəyimiz

Milli qürur mənbəyimiz
09/11/2025

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
09/11/2025