BDU-da “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasının təqdimatı

17/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Ədliyyə Nazirliyi tərəfindən yaradılmış “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasının təqdimatı keçirilib. Təqdimatın keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinin yeni nəslə aşılanmasıdır.
Təqdimatda Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, nazirliyin əməkdaşları, Universitetin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbirdə müstəqil dövlətimizin banisi, Ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda, müasir hüquq sistemimizin bərqərar olmasında müstəsna rolu və xidmətləri qeyd olunub. Ümummilli liderin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın uğurlu inkişafı vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Vətən müharibəsində şanlı qələbə ilə Ulu öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirib.

Çıxışlarda Ulu öndərin irsinin öyrənilməsi və təbliğində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyəti xüsusi qeyd olunub.

“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron platforması auditoriyaya əyani təqdimatla nümayiş etdirilib. Bildirilib ki, iki hissə və on iki bölmədən ibarət olan platforma hüquq sistemimizin banisi Ulu öndərin həyat və fəaliyyəti, qanunçuluq, dövlətçilik, hüquq-mühafizə və məhkəmə fəaliyyəti ilə bağlı çıxışları, müdrik kəlamları, tarixi qərarlarını əhatə edir. Eyni zamanda platforma Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində hüquq sisteminə, Azərbaycan ədliyyəsinə qayğısı, nazirlik tərəfindən Ümummilli liderin 100 illik yubileyinə həsr olunan tədbirlərlə bağlı məlumatları, yazıları, foto və video materialları özündə əks etdirir.

Tədbirdə platformanın Ulu öndərin çoxşaxəli irsinin tədqiqinə və təbliğinə mühüm töhfə olduğu qeyd edilib, tələbələr üçün faydalı elektron informasiya resursu kimi əhəmiyyəti vurğulanıb.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026