BDU-da “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda Respublika virtual Elmi konfransı keçirilib

22/05/2020

2020-ci il mayın 22-də Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda Respublika virtual Elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Universitetin rektoru Elçin Babayev qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlardan, Azərbaycan ədəbiyyatı və ana dilinin inkişafı yolunda misilsiz xidmətlərindən, ölkədə dil quruculuğunun qanunvericilik aktlarından danışıb. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi, əsərlərinin akademik nəşrlərinin hazırlanması, başqa dillərə tərcümə olunub yayılması ədəbiyyat xadimlərinin və ədəbi nəşrlərin dövlət qayğısı ilə əhatə olunmasına əyani sübutdur.

Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov “Heydər Əliyevin dil siyasəti”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Hüseyn Əsgərov “Dövlətçilik və dil”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər”, Azərbaycan dilçiliyi  kafedrasının müdiri, professor Sənubər Abdullayeva “Heydər Əliyev və Azərbaycanda dil məsələləri”, Alman-fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva “Azərbaycan-Fransa ədəbi əlaqələrinin inkişafında Heydər Əliyevin rolu”, Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov “Heydər Əliyev və Azərbaycanda rusistika” mövzularında ətraflı çıxış ediblər.

Məruzələrdə xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması yönündə apardığı məqsədyönlü siyasətdən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan dilinin gündəlik həyatda ümumişlək dilə, dövlət dilinə çevrilməsi, dünya diplomatiyasına yol tapması, mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilinin inkişafına, onun mədəni və sosial-siyasi həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olub. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, həmişə onların qorunmasına çalışan bütün varlığı ilə Vətənə bağlı olan dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıblar.

Konfransın moderatoru, Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov statistik məlumatları təqdim edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika Elmi konfransını 100-dən çox iştirakçı dinləyib.

Konfrans öz işini 2 bölmə iclasında davam etdirib.

 

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024