BDU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir

26/12/2023

Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Texniki Universitetinin SABAH mərkəzlərinin birgə təşkilatçılığı ilə BDU-da müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə BDU-nun müəllimi, texnika üzrə fəlsəfə doktoru İradə Əlili, adıçəkilən universitetlərin SABAH Mərkəzlərinin rəhbərləri İradə Süleymanova, Pərvin Quliyeva, Aytən Sadıqova və tələbələri iştirak ediblər. Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevə həsr olunan “Tarixə yazılan ömür” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən millət vəkili Jalə Əhmədova Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Bildirib ki, Ulu Öndər gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəldib. Bu istiqamətdə yorulmadan böyük işlər görməklə Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olub. Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026