BDU-da "Heydər Əliyev və Azərbaycan ordusu" mövzusunda dəyirmi masa

05/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Heydər Əliyev və Azərbaycan ordusu" mövzusunda dəyirmi masa keçirilib.

Fakültə dekanı Afət Məmmədova müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrünün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun inkişaf strategiyasını müəyyən edib.

Sonra Qarabağ müharibəsi veteranı, sabiq batalyon komandiri, mayor Muxtar Həşimov keçdiyi döyüş yolu barədə məlumat verərək qeyd edib ki, bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.

Ehtiyatda olan polis polkovniki Adıgözəl Adıgözəlov, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor Vahid Salmanov, Aprel döyüşçüsü, ehtiyatda olan baş leytenant Tərlan Babaşov, Vətən müharibəsi əlili, ehtiyatda olan gizir Fərahim Əmirli, Şuşa döyüşlərinin iştirakçısı Qorxmaz Həsənov çıxışlarında döyüş xatirələrini gənclərlə bölüşüb, müəllim və tələbələrin suallarını cavablandırıblar.  

Tədbirin sonunda tələbələrdən Kəmaləddin Hüseynov "Aprel səhəri” şeirini, Ayxan Altay “Cənab leytenant”  mahnısını ifa edib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026